EN

Fazil Mustafa Azərbaycan Din Xadimləri 2 forumunda iştirak edib

Fazil Mustafa Azərbaycan Din Xadimlərinin II Forumunda çıxış edib

 

Dekabrın 24-də Bakıda “Konstitusiya və Suverenlik İli” çərçivəsində keçirilən Azərbaycan Din Xadimlərinin II Forumunda Elm və Təhsil Nazirliyi ilə birgə təşkil olunan “Rəqəmsal informasiya mühitində dini təhsil və maarifçilik strategiyaları” mövzulu panelə Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa moderatorluq edib.

 

Komitə sədri müasir çağırışlar fonunda dinin maarifçilik missiyası, informasiya təhlükəsizliyi və cəmiyyətin mənəvi dəyərlərinin qorunması məsələləri ilə bağlı fikirlərini bölüşüb, bu mövzuların açıq və konstruktiv müzakirəsinin əhəmiyyətini vurğulayıb.

 

Fazil Mustafa qeyd edib ki, Azərbaycan dövlətinin din siyasətində bütün dinlərə bərabər və ədalətli münasibət prinsipi praktik müstəvidə ardıcıl şəkildə təmin olunur.

 

Paneldə müasir texnoloji inkişaf şəraitində multikultural dəyərlərin qorunmasının xüsusi önəm daşıdığını bildirən komitə sədri vurğulayıb ki, informasiya texnologiyalarına ehtiyatla deyil, şüurlu və məqsədyönlü yanaşmaq, onları insanlıq prinsipləri çərçivəsində səmərəli istiqamətlərdə istifadə etmək vacibdir. Bu yanaşma müasir multikulturalizmin əsas dayaqlarından biridir.

 

Komitə sədri həmçinin qeyd edib ki, Azərbaycan modeli dövlət-din münasibətlərində konstitusion əsaslara – dünyəvilik, vicdan azadlığı və multikulturalizm prinsiplərinə söykənir və bu xətt həm hüquqi, həm də mənəvi baxımdan ardıcıl şəkildə davam etdirilir.

 

Fazil Mustafa bu kimi forumların din xadimləri arasında dialoqun gücləndirilməsi, radikalizmə qarşı sağlam düşüncənin təşviqi və cəmiyyətin mənəvi immunitetinin möhkəmləndirilməsi baxımından önəm daşıdığını bildirib.

 

Qeyd edək ki, “Azərbaycanda dövlət-din münasibətlərinin konstitusion prinsipləri: dünyəvilik və vicdan azadlığı” mövzusuna həsr olunmuş Forum Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə və müvafiq dövlət qurumları ilə əməkdaşlıq şəraitində keçirilib.



Chosen
24
1
herbiand.az

2Sources