EN

Rusiya XİN Qazaxıstanda AZAL təyyarəsinin qəzası ilə bağlı istintaqın tezliklə başa çatacağına ümid edir

Bakı. Trend:

Rusiya Xarici İşlər Nazirliyi Qazaxıstanda baş vermiş AZALtəyyarəsinin qəzası ilə bağlı istintaqın tez bir zamanda başaçatacağına ümid edir.

Trend xəbərverir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü MariyaZaxarova brifinqdə bildirib.

Onun sözlərinə görə, Rusiya Qazaxıstan komissiyasınınAzərbaycanın AZAL təyyarəsinin qəzası ilə bağlı araşdırmasınıtezliklə başa çatdıracağını və bundan sonra bütün tərəflərinməsələni həll edə biləcəyini gözləyir:

"Ümid edirik ki, Qazaxıstan komissiyası araşdırmasını tezlikləbaşa çatdıracaq və birlikdə bu faciəli hadisə, bu faciə ilə bağlıqalan bütün sualları həll edəcəyik. Heç kimin buna şübhəsiolmamalıdır".
Diplomat qeyd edib ki, "Rusiya tərəfi bu strukturla sıx əməkdaşlıqedir, ona bütün lazımi yardımı göstərir və Rusiya aviasiyahakimiyyəti qazaxıstanlı həmkarlarından alınan bütün suallarıcavablandırıb".
Zaxarova vurğulayıb ki, Rusiya və Azərbaycan liderlərinin bu iloktyabrın 9-da Düşənbədə MDB Dövlət Başçıları Şurası çərçivəsindəkeçirilən görüşündən sonra əldə etdikləri bütün razılaşmaları tamşəkildə həyata keçirməyə sadiqdir".

Xatırladaq ki, 2024-cü il dekabrın 25-də J2-8243 nömrəli Bakı –Qroznı reysini yerinə yetirən AZAL-a məxsus “Embraer 190” tiplisərnişin təyyarəsi Rusiya Federasiyasının hava məkanında kənarfiziki və texniki müdaxiləyə məruz qalıb. İdarəetməni itirmiş havagəmisi Qazaxıstan Respublikasının Aktau şəhəri istiqamətinəyönəldilərək orada qəza enişi həyata keçirib. Göyərtədə olan 67nəfərdən 38-i həlak olub, 29 nəfərin isə həyatı xilas edilib.

Xidməti vəzifələrini yerinə yetirərkən yüksək peşəkarlıq, şücaətvə fədakarlıq göstərdiklərinə görə həlak olmuş ekipaj üzvlərinə –Kşnyakin İqor İvanoviç, Kalyaninov Aleksandr Georgiyeviç və ƏliyevaHökumə Cəlil qızına ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı”adı verilib. Sağ qalan ekipaj üzvləri – Əsədov Zülfiqar Sərdar oğluvə Rəhimli Aydan Vaqif qızı isə I dərəcəli “Rəşadət” ordeni ilətəltif olunublar.

Məqalədə:
Chosen
28
3
az.trend.az

4Sources