EN

​Qəbirləri qazıb, sümükləri aparıblar VİDEO

Metbuat saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Tanınmış jurnalist Seymur Verdizadə doğulub boya-başa çatdığı Cəbrayıl rayonunun Soltanlı kəndində olub.

Metbuat.az xəbər verir ki, jurnalist Soltanlı kəndində aparılan bərpa-quruculuq işləri ilə maraqlanıb, qəbiristanlığı ziyarət edib. Seymur Verdizadə ermənilərin qəbirləri dağıtdığını, məzarlıqda vandalizm aktı həyata keçirdiyini bildirib.

"Soltanlı camaatı erməni vəhşiliyinin izlərini silməyə çalışır. Əhalinin şəxsi təşəbbüsü ilə qəbiristanlığın ərazisinə dəmir dirəklər basdırılıb, tezliklə hasar çəkiləcək. İnsanlar haqq dünyasında olan əzizlərinin məzarını abadlaşdırmaga başlayıblar", - Seymur Verdizadə deyib.

Metbuat.az jurnalistin Soltanlı qəbiristanlığından hazırladığı reportajı təqdim edir:

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
47
2
metbuat.az

3Sources