EN

“Arsenal” “Fənərbağça”nın ulduzu üçün hərəkətə keçdi

İngiltərənin “Arsenal” klubu heyətini gücləndirmək üçün transfer çalışmalarını davam etdirir.

Fanat.Az xəbər verir ki, “Sky Sports”un müxbiri Florian Plettenberqin məlumatına görə, London təmsilçisi “Fənərbağça”nın heyətində çıxış edən Marko Asensio ilə yaxından maraqlanır.

Xəbərə əsasən, “Arsenal” rəhbərliyi ispan futbolçunun durumunu yaxından izləyir və mümkün transfer variantlarını dəyərləndirir. Asensionun həm təcrübəsi, həm də hücum xəttində müxtəlif mövqelərdə oynamaq bacarığı “topçular”ın marağına səbəb olub.

Qeyd olunur ki, “Fənərbağça” futbolçunu asanlıqla buraxmaq niyyətində deyil və rəsmi təklif olacağı təqdirdə ciddi maliyyə şərtləri irəli sürülə bilər.

Kamil Xudiyev

Chosen
41
1
fanat.az

2Sources