EN

Nijer ABŞ vətəndaşlarının ölkəyə girişini qadağan etdi

Nijer ABŞ vətəndaşlarının ölkə ərazisinə girişini müddətsiz olaraq qadağan edib.

Editor.az xəbər verir ki, ANP agentliyinin diplomatik mənbəyə istinadən yaydığı məlumata görə, rəsmi Niamey ABŞ vətəndaşlarına viza verilməsini tamamilə dayandırıb. Qərar Vaşinqtonun Nigeri ABŞ-yə girişinə qadağa qoyulan ölkələr siyahısına əlavə etməsinə cavab olaraq qəbul edilib.

Məlumata görə, bu ilin dekabr ayında Ağ Ev giriş məhdudiyyəti tətbiq edilən ölkələrin siyahısını genişləndirərək ora Burkina Faso, Mali, Niger, Cənubi Sudan, Suriya, Laos və Syerra-Leoneni də daxil edib.

Qeyd edək ki, Niger hakimiyyətinin bu addımı iki ölkə arasında diplomatik münasibətlərdə yaranmış gərginliyin növbəti göstəricisi kimi qiymətləndirilir.

//Gülnarə Abasova, Editor.az

Chosen
83
editor.az

1Sources