EN

Gürcüstanın Baş naziri 2026-cı ilin ölkənin daxili siyasəti üçün sakit keçəcəyinə ümid edir

Gürcüstanın Baş naziri İrakli Kobaxidze 2026-cı ilin ölkə üçün siyasi cəhətdən sakit il olacağına ümid etdiyini bildirib.

"Report"un məlumatına görə, o, bu barədə Yeni il öncəsi "İmedi" telekanalına müsahibəsində bildirib.

"Düşünürəm ki, gələcəkdə, eləcə də sonrakı illərdə daxili siyasət sakit olacaq. Biz heç bir seçki planlaşdırmırıq. Müxalifət son dərəcə zəifləyib. Bizim öz gündəliyimiz var və bu, demokratik sistemimizin məzmununda köklü dəyişiklikləri nəzərdə tutur", - hökumət başçısı bildirib.

Kobaxidzenin sözlərinə görə, Gürcüstan Konstitusiya Məhkəməsinin keçmiş prezident Mixeil Saakaşvilinin "Vahid Milli Hərəkat" Partiyasının, eləcə də "Dəyişiklik uğrunda Koalisiya" və "Güclü Gürcüstan" siyasi birliklərinin fəaliyyətini qadağan etmək üçün iddia ilə bağlı qərarı ölkənin demokratik sisteminin daha da inkişafında mühüm rol oynayacaq.

Qeyd olunur ki, iddia hakim "Gürcü Arzusu - Demokratik Gürcüstan" Partiyası tərəfindən 2025-ci ilin oktyabrında qaldırılıb.

Chosen
83
far.az

1Sources