EN

Fransa Durovun Makronla bağlı dediklərinə reaksiya verdi

GlobalInfo saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Fransanın sağçı “Patriots” partiyasının lideri Florian Filippot “Telegram”ın qurucusu Pavel Durovun Fransa Prezidenti Emmanuel Makronu tənqid etməsindən sonra onu dəstəklədiyini bildirib.

Globalinfo.az xəbər verir ki, bu barədə siyasətçi “X” sosial şəbəkəsində paylaşım edib. Filippot Durovun Makronun Avropa İttifaqını rəqəmsal nəzarət mexanizminə çevirmək niyyəti ilə bağlı fikirləri ilə razılaşdığını vurğulayıb.

Onun sözlərinə görə, Pavel Durov Tierri Breton və onun ətrafını hədəf alan senzura əleyhinə sanksiyalar barədə paylaşımında bir çox məqamları açıq şəkildə ortaya qoyub və bu tənqidin mərkəzində Emmanuel Makron dayanır.

Florian Filippot əlavə edib ki, söz azadlığının qorunması üçün Fransa Avropa İttifaqından çıxmalıdır.

Tahir Turan

Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
43
globalinfo.az

1Sources