EN

Putinin personajı məşhur cizgi filmində rol aldı

Rusiya Prezidenti Vladimir Putinin personajı "Prostokvaşino" cizgi serialının xüsusi bölümündə yer alıb.

Publika.az xəbər verir ki, yeni bölümü “Okko” platformasında izləmək mümkündür .

Cizgi filminin yeni bölümü "Əsl Yeni il" adlanır. Filmdə “Matroskin” və “Şarik” Yeni il gecəsi Rusiya liderini qarşılamaq üçün Qırmızı Meydana gedirlər.

Prezidentin rolunu Putinin "dublyoru" adlandırılan “Comedy Club”um aktyoru Dmitri Qraçov səsləndirib.

İyun ayında "Soyuzmultfilm"in direktorlar şurasının rəhbəri Yuliana Slaşçeva Putinin studiyanın kult cizgi serialında personaj kimi qarşıdan gələn çıxışını elan etdi . Onun sözlərinə görə, dövlət başçısının cizgi versiyası Rusiyanın və onun mədəniyyətinin qlobal miqyasda tanıtımına kömək edəcək.

Chosen
51
publika.az

1Sources