EN

Bir damlası milyonlar edən əqrəblər

Yayılan videoda görünən mənzərə adi təsərrüfat deyil, milyon dollarlıq zəhərin istehsal olunduğu əqrəb fermasıdır.

Musavat.com xəbər verir ki, bu fermalarda əqrəblər əsasən zəhər əldə etmək məqsədilə yetişdirilir və həmin maddə tibb və kosmetologiyada son dərəcə qiymətli xammal hesab olunur.

Məlumatlara görə, 1 litr əqrəb zəhərinin bazar qiyməti təxminən 10 milyon dollara çatır. Zəhərin əldə olunması isə yüksək risk tələb edir: proses əl ilə pinsetlə və ya elektrik stimulyasiyası vasitəsilə aparılır. Bir əqrəbdən bir dəfəlik götürülən zəhərin miqdarı cəmi 1–2 milliqramdır. Məhz bu səbəbdən məhsul həm nadir, həm də bahalıdır.

Son illər bu qeyri-adi və təhlükəli sahə sürətlə yayılır. Türkiyə, Nigeriya, İran, Misir, Hindistan, Əfqanıstan və Çin əqrəb fermalarının fəal şəkildə inkişaf etdiyi ölkələr sırasında göstərilir. Kiçik canlılardan əldə olunan bu zəhər artıq qlobal milyonluq sənayeyə çevrilib.

Balaca ferma, ölümcül risk və astronomik qazanc, əqrəb zəhəri XXI əsrin ən bahalı maddələrindən biri kimi diqqət çəkir.



Chosen
43
ekologiya.az

1Sources