EN

Yol nəqliyyat hadisələri nəticəsində ölənlərin sayı azalıb

Oxu.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

2010-2024-cü illərdə Azərbaycanda əhalinin hər 100 min nəfərinə düşən yol-nəqliyyat hadisələri nəticəsində ölüm səviyyəsi 2.9 bənd azalaraq 10.4-dən 7.5-ə enib.

Oxu.Az rəsmi statistikaya istinadən xəbər verir ki, bu dövrdə göstərici kişilər üzrə 5.3 bənd azalaraq 16.8-dən 11.5-ə, qadınlar üzrə isə 0.5 bənd azalaraq 4-dən 3.5-ə düşüb.

2023-cü illə müqayisədə 2024-cü ildə yol-nəqliyyat hadisələri nəticəsində ölənlərin sayı 862 nəfərdən 764 nəfərə qədər azalıb. Hesabat dövründə qəzalarda həyatını itirən kişilərin sayı 65 nəfər azalaraq 650 nəfərdən 585 nəfərə, qadınların sayı isə 33 nəfər azalaraq 212 nəfərdən 179 nəfərə enib.

Qeyd edək ki, dünyada 15-29 yaş aralığında olan şəxslər arasında ölüm hallarının əsas səbəbi yol-nəqliyyat hadisələridir.

Elmidar Əliyev

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
94
4
oxu.az

5Sources