EN

Zelenski ABŞ-yə səfər edəcək - KİV

Ukrayna Prezidenti Volodimir Zelenski danışıqlar aparmaq üçün yaxın günlərdə ABŞ-yə səfər edəcək.

Missiya.Az xəbər verir ki, bu barədə “Kyiv Post” qəzeti diplomatik mənbələrə istinadən məlumat yayıb.

"Diplomatik mənbələr onun yaxın günlərdə vacib danışıqlar üçün Floridaya səfər edəcəyini bildirirlər. Bu, Zelenskini potensial olaraq ABŞ Prezidenti Donald Trampın Mar-a-Laqodakı iqamətgahının qapısına gətirə bilər", - deyə vurğulanıb.

Qeyd olunub ki, əgər hər şey plan üzrə gedərsə, Ukrayna Prezidentinin ABŞ-yə səfəri dekabrın 28-də baş tutacaq.

Daşqın HəsənovMissiya.Az

Chosen
26
missiya.az

1Sources