EN

AFFA Hakimlər Komitəsinin sədri: “Əliyar Ağayevin təyin etdiyi penalti səhv idi” - VİDEO

AFFA Hakimlər Komitəsinin sədri Rəhim Həsənov Misli Premyer Liqasının 16-cı turunda keçirilmiş “Karvan-Yevlax” - “Neftçi” oyununda FIFA referisi Əliyar Ağayevin səhv qərar verdiyini bildirib.

İdman.Biz milli assosiasiyanın mətbuat xidmətinə istinadən xəbər verir ki, R.Həsənovun idarə etdiyi oyunda matçın birinci hissəsinin sonlarında ‘Neftçi’nin müdafiəçisi öz cərimə meydanında topa başla toxunur. VAR epizodu yoxladıqdan sonra mümkün penalti ehtimalına görə baş hakim Əliyar Ağayevi monitoru izləməyə dəvət edir.

Ə.Ağayev epizodu izlədikdən sonra “ağ-qaralar”ın qapısına penalti təyin edir. Qaydalara əsasən isə oyunçu havada topa başla toxunarkən əllərindən rəqibə qarşı qeyri-qanuni istifadə etmədiyindən, bu epizod qayda pozuntusu kimi dəyərləndirilmir.

İdman.Biz
Chosen
35
1
idman.biz

3Sources