EN

Azərbaycan vətəndaşı Monteneqroda qəzada öldü

Monteneqroda baş verən yol-nəqliyyat hadisəsi nəticəsində Azərbaycan vətəndaşı həyatını itirib.

KONKRET.az xəbər verir ki, dünən axşam saatlarında (25 dekabr) 26 yaşlı Tariverdi Nəciyev Bijelo Pole–Moykovats magistralında, Sliyepats Most yaşayış məntəqəsi ərazisində qəzaya düşüb. Monteneqronun Bar şəhərinə məxsus nömrə nişanlı, “Audi A6” markalı avtomobilin sürücüsü naməlum səbəbdən idarəetməni itirərək yol kənarındakı bordürə çırpılıb.

Hadisə yerinə Bijelo Pole yanğın-xilasetmə xidməti cəlb olunub və yaralı avtomobildən çıxarılaraq təcili şəkildə Bijelo Pole Xəstəxanasına çatdırılıb. Lakin xəstəxanaya həyat əlamətləri olmadan gətirilən Nəciyevin həyatını xilas etmək mümkün olmayıb.

Məlumata görə, meyitin Monteneqro Klinik Mərkəzində məhkəmə-tibbi ekspertizadan keçirilməsi planlaşdırılır. Qəzanın səbəbləri araşdırılır.

Chosen
61
6
konkret.az

7Sources