Volodimir Zelenski Ukraynadakı münaqişənin həlli ilə bağlı danışıqlar aparmaq üçün yaxın günlərdə ABŞ prezidenti Donald Trampın Florida ştatındakı Mar-a-Laqo iqamətgahına gedə bilər.
"Unikal" xəbər verir ki, bu barədə "Kyiv Post" qəzeti adı açıqlanmayan diplomatik mənbələrə istinadən məlumat yayıb.
Səfər dekabrın 28-də baş tuta bilər.