EN

Azərbaycanla qarşılıqlı güzəştlərə əsaslanan azad ticarət sazişi hədəflənir - Gülizar Yavaş

Bakı. Trend:

Məqsədimiz Azərbaycanla da qarşılıqlı güzəştlərə əsaslanan, dahageniş imkanlar yaradan azad ticarət sazişinə nail olmaqdır.

Trend xəbərverir ki, bunu Türkiyənin Azərbaycandakı Səfirliyinin TicarətBaşmüşaviri Gülizar Yavaş bu gün Bakıda "Türkiyə bazarına çıxış:İxrac, hüquqi və praktiki aspektlər" mövzusunda keçirilən tədbirdədeyib.

O bildirib ki, ümumi mənzərəyə baxdıqda, Azərbaycan və Türkiyəarasında təxminən 8 milyard dollarlıq ticarət dövriyyəsinin böyükhissəsini enerji sektoru təşkil edir:

"Türkiyə tərəfi olaraq istəyimiz odur ki, ölkələrimiz arasındamövcud olan ikili münasibətlər, müttəfiqlik və qardaşlıq əlaqələriticarətə və investisiyalara da real şəkildə əks olunsun.

Hər iki ofisin əsas vəzifəsi məhz bu sahədə əməkdaşlığı inkişafetdirməkdir və bütün məsuliyyətlərimiz də bu istiqamətdə davamedir. Hazırda Türkiyə ilə Azərbaycan arasında azad ticarət sazişimövcud deyil. Müzakirələr davam etsə də, hazırda qüvvədə olanpreferensial ticarət sazişi var. Bu saziş çərçivəsində əvvəlcə 30məhsulu əhatə edən siyahı sonradan 50 məhsula qədərgenişləndirilib. Siyahının əsas hissəsini kənd təsərrüfatıməhsulları təşkil edir. Azərbaycan tərəfinin tələbləri də əsasənkənd təsərrüfatı məhsulları üzərində formalaşıb. Bununla yanaşı,siyahıya bəzi sənaye məhsulları da daxil edilib.

Qarabağla bağlı xüsusi razılaşma çərçivəsində Türkiyə tərəfindənbirtərəfli güzəştlər, vergi endirimləri və ya sıfır gömrük rüsumuilə idxal edilə bilən məhsullar üzrə ayrıca siyahı mövcuddur. Bu,xüsusi razılaşma olduğu üçün açıq mənbələrdə tapmaq mümkündeyil".

O xatırladıb ki, Bakıda Azərbaycan ilə Türkiyə arasında iqtisadiəməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 12-ci iclasıkeçirildi:

"Həmin iclasda 110 maddədən ibarət fəaliyyət planı imzalandı. Buplan əvvəlki dövrdə görülən işləri əhatə etməklə yanaşı, növbətiilin hədəflərini də müəyyən edir. Enerji, təhsil, ticarət və digərsahələrdə əməkdaşlıq istiqamətləri və konkret tədbirlər nəzərdətutulur.

Bu o deməkdir ki, iki ölkə arasında istər nəqliyyat, istərenerji, istərsə də digər sahələrdə əməkdaşlıq genişləndikcə, bununticarət dövriyyəsinə də müsbət təsir göstərməsi gözlənilir. Çünkibu əməkdaşlıqlar xammal tədarükünü, investisiyaları və xidmətticarətini də əhatə edir. Artıq ticarət yalnız mallarlaməhdudlaşmır, mal və xidmət ticarəti birlikdə nəzərdənkeçirilir".

Səfirlik rəsmisi vurğulayıb ki, Türkiyədən Azərbaycana maraqolduqca yüksəkdir:

"Mən vəzifəyə başlayandan bəri cəmi 5 ay ərzində 12 iş adamıheyəti qəbul etmişik. Bunlardan biri də İstanbul Sənaye Palatasının(İSO) nümayəndə heyəti idi. Türkiyə istehsalının təxminən 70faizini məhz bu sənayeçilər həyata keçirir. Keçən ay Azərbaycana150-yə yaxın nümayəndə heyəti ilə gəldilər. Bu qrup Türkiyənin ənböyük investorlarını, sənayeçilərini, ixracatçı və idxalçılarınıbir araya gətirirdi.

Onların bir çoxu Azərbaycanın bazarına ilk dəfə gəldiklərinibildirdilər. Bu da göstərir ki, Azərbaycan getdikcə daha cəlbedicibazara çevrilir. Türkiyəli iş adamlarının marağı artdıqca,Azərbaycanlı sahibkarların da Türkiyə ilə əməkdaşlığa marağınınyüksəlməsi qaçılmazdır. Çünki bu münasibətlər qısamüddətlialqı-satqı deyil, uzunmüddətli və davamlı əməkdaşlıqlar üzərindəqurulmalıdır.

Ofislərimiz hər iki ölkənin sahibkarlarına bu əlaqələrinqurulmasında və mövcud problemlərin həllində dəstək olmağa çalışır.Bu məqsədlə birgə mexanizmlərin yaradılmasını vacib hesab edirik. 1dekabr tarixində Azərbaycanın iqtisadiyyat naziri cənab MikayılCabbarov ilə keçirilən görüşdə də bu məsələ müzakirə olunub vətexniki işçi qrupunun yaradılması təklif edilib. Məqsəd həmikitərəfli investisiya və ticarət əlaqələrinin inkişafı, həm dəzərurət yaranarsa üçüncü ölkələrdə birgə əməkdaşlıq imkanlarınınaraşdırılmasıdır".

Gülizar Yavaş qeyd edib ki, müşahidələrə əsasən, Azərbaycanınistehsal və ixrac potensialı, xüsusilə kənd təsərrüfatı sahəsində,Türkiyənin daha çox qoruduğu sahələrlə üst-üstə düşür:

"Sənaye məhsulları üzrə isə həm Azərbaycan, həm də Türkiyə üçünÇinlə qiymət rəqabəti ciddi problem olaraq qalır. Bu səbəbdənqarşılıqlı ticarətdə bəzən istənilən qiymət üstünlüyünü əldə etməkçətinləşir.
Türkiyənin Avropa İttifaqı ilə Gömrük İttifaqı sazişi mövcuddur vəbu çərçivədə 27 ölkə üçün bir çox məhsul üzrə gömrük rüsumlarısıfırlanıb. Bu o deməkdir ki, Azərbaycandan Türkiyə bazarına daxilolan məhsullar həmin ölkələrin məhsulları ilə sıfır rüsumşəraitində rəqabət aparmalı olur. Eyni zamanda Türkiyənin Misir,Mərakeş və digər ölkələrlə də çoxsaylı azad ticarət sazişlərimövcuddur.

Məqsədimiz Azərbaycanla da qarşılıqlı güzəştlərə əsaslanan, dahageniş imkanlar yaradan azad ticarət sazişinə nail olmaqdır".

"Bu cür sazişlər preferensial ticarət razılaşmalarından dahageniş üstünlüklər təqdim edir. Lakin bunun üçün hər iki ölkəninsektorlarının və dövlət qurumlarının razılaşmalı olduğu bir sıraməsələlər var.

İlk müzakirələr 2024-cü ildə başlayıb, 2025-ci ildə texnikimərhələyə keçilib. Əgər əsas danışıqlar 2026-cı ildə başlasa, buuzunmüddətli prosesdə mühüm irəliləyiş əldə etmək mümkün olacaq.Xüsusilə yenidən qurulan bölgələr, o cümlədən Qarabağla bağlıTürkiyənin birtərəfli təqdim etdiyi ciddi güzəştlər mövcuddur.Qarabağda istehsal edilən məhsulların Türkiyə bazarına çıxarılmasıüçün əhəmiyyətli üstünlüklər yaradılıb", - o əlavə edib.

Məqalədə:
Chosen
51
az.trend.az

1Sources