EN

QHT sədri: "2025-ci ildə QHT-lərin fəaliyyəti əlamətdar oldu"

2025-ci il ölkəmizdə bir çox sahələrdə yeniliklərin olduğu, mühüm addımların atıldığı bir il oldu. Bu il Konstitusiya və suverenlik ili kimi yadda qaldı. Heç də təsadüfi deyildi ki, Azərbaycan 2023-cü ildə suverenliyini bərpa etmişdi. 2020-ci ildə isə ərazi bütövlüyünü bərpa etmiş və Konstitusiyanın 30 illiyi qeyd olunmuşdu. Bu, Azərbaycan hüquqi dövlət quruculuğunda böyük addımların atıldığı, Konstitusiya çərçivəsində tədbirlərin keçirildiyi bir dövr oldu. Bizim də təşkilatımız tədbirlərdə iştirak etdi.

Bunu Tərxis Olunmuş Hərbiçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Emin Həsənli QHT.az-a açıqlamasında bildirib. Onun sözlərinə görə, ən mühüm hadisələrdən biri isə Cənub Platformasının yaradılmasıdır. QHT-lərin koalisiyası formalaşmış və bu il Türk Dövlətləri Təşkilatı ölkələrinin QHT-lər üçün platforma yaradıldı:

"Bu, vacib bir addım idi. Türkdilli dövlətlərin Azərbaycanda tədbir keçirməsi, QHT-lərin Naxçıvanda təsis olunması və digər təşəbbüslər bu sahədə əlamətdar hadisələrdir. Qazaxıstan-Azərbaycan Forumu da təqdirəlayiq bir haldır və bu hadisələr ardıcıl olaraq qeyri-hökumət təşkilatlarının Qarabağda tədbirlər həyata keçirməsini təmin etdi".

Chosen
58
qht.az

1Sources