“Barselona”nın müdafiəçisi Andreas Kristensen “Vilyarreal”la oyunda aldığı zədə səbəbindən təxminən 4 ay meydana çıxa bilməyəcək.
İdmanxeber.az-ın məlumatına görə, futbolçu bərpa müddətinin uzun olmasından məyus olsa da, klub ona dəstək verir.
Prezident Xuan Laporta maaş endirimi ilə 1 illik yeni müqavilə təklif etməyi planlaşdırır.
Kristensen cari mövsümdə 17 oyunda 1 qol vurub.