EN

Mingəçevirdə qayınana və gəlin dəm qazından zəhərləndi

Unikal.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Mingəçevirdə bir ailənin iki üzvü dəm qazından zəhərlənib.

"Unikal"ın məlumatlna görə, hadisə Heydər Əliyev prospektində yerləşən keçmiş köçkün şəhərciyində baş verib. 1935-ci il təvəllüdlü Nabat İsmayılova və 1973-cü il təvəllüdlü gəlini Mədinə İsmayılova yaşadıqları mənzildə dəm qazından zəhərləniblər.

Hər iki şəxs xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Ehtiram Muradov

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
75
5
unikal.az

7Sources