EN

Ərdoğan COP31-ə prezident təyin edib

Gələn il Türkiyədə keçiriləcək Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyasına (COP31) Prezident təyin olunub.

İnterpress.az “TRT Haber”ə istinadən xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın qərarı ilə ölkənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Murat Kurum COP31-in Prezidenti təyin edilib.

Qeyd edək ki, COP31 konfransı 2026-cı ilin 9–20 noyabr tarixlərində Antalyada keçiriləcək.

Chosen
20
9
interpress.az

10Sources