EN

Zelenski və Tramp yaxın vaxtlarda görüş keçirməyi planlaşdırır

Ukrayna və ABŞ liderləri ən yüksək səviyyədə danışıqlar barədə razılığa gəlib və görüşün yaxın zamanda baş tutacağı bildirilir...

Poliqon xəbər verir ki, Ukrayna prezidenti Volodimir Zelenski və ABŞ prezidenti Donald Tramp yaxın vaxtlarda görüş keçirmək barədə razılığa gəliblər. Bu barədə Zelenski özünün “Telegram” kanalında paylaşım edib.

Ukrayna lideri bildirib ki, Milli Təhlükəsizlik Şurasının katibi Rustem Umerov ona ABŞ tərəfi ilə son təmaslar barədə məlumat verib. Zelenskinin sözlərinə görə, danışıqlar intensiv şəkildə davam etdirilir və tərəflər vaxt itirməmək niyyətindədir.

“Biz bir gün belə itirmirik. Prezident Tramp ilə ən yüksək səviyyədə görüşün yaxın zamanda keçirilməsi barədə razılığa gəldik”, — deyə Zelenski qeyd edib. O, eyni zamanda 2025-ci ilin sonuna qədər bir çox mühüm məsələlərin həll oluna biləcəyini də istisna etməyib.

Xatırladılır ki, dekabrın 20-də Mayami şəhərində Ukrayna nümayəndə heyəti Vaşinqton və Avropa ölkələrinin təmsilçiləri ilə görüş keçirib. Rustem Umerovun açıqlamasına görə, həmin danışıqlar zamanı münaqişənin nizamlanması çərçivəsində atılacaq növbəti addımlar və birgə əməkdaşlığın davam etdirilməsi ilə bağlı razılaşmalar əldə olunub.

Dekabrın 24-də isə Volodimir Zelenski jurnalistlərlə söhbətində Ukrayna üzrə nəzərdə tutulan sülh planının 20 bənddən ibarət olduğunu açıqlayıb. Həmin sənəddə Ukraynanın suverenliyinin tanınması və təhlükəsizlik zəmanətlərinin verilməsi, Moskva ilə Kiyev arasında qeyd-şərtsiz hücum etməmək sazişi, eləcə də sülh dövründə Ukrayna Silahlı Qüvvələrinin sayının 800 min nəfər səviyyəsində saxlanılması nəzərdə tutulur.

Poliqon.info

Chosen
46
50
poliqon.info

10Sources