EN

Narışkin Prezidentə təbrik ünvanlayıb

AzVision.az məktubun mətnini diqqətə çatdırır:

"Rusiya Federasiyası Xarici Kəşfiyyat Xidmətinin rəhbərliyi adından və şəxsən öz adımdan Sizi doğum gününüz münasibətilə təbrik edirəm.

Sizə ali dövləti vəzifənizdə bundan sonra da fəal və səmərəli iş, möhkəm cansağlığı, xoşbəxtlik, firavanlıq, həmişə əzizlərinizin və doğmalarınızın sevgisini arzulayıram.

Fürsətdən istifadə edərək, Rusiya və Azərbaycan xüsusi xidmət orqanları arasında əməkdaşlığın inkişafına göstərdiyiniz daimi diqqət və dəstəyə görə minnətdarlığımı

bildirmək istəyirəm. Bu əməkdaşlıq bundan sonra da təhlükəsizliyin və ölkələrimizin milli maraqlarının müdafiəsinin təmin edilməsi, regionda sülhün və sabitliyin qorunub

saxlanılmasının etibarlı qarantı olaraq xidmət göstərməyə davam edəcəkdir".

AzVision.az
Chosen
47
17
azvision.az

10Sources