EN

Erkin Qədirli: Əxlaqla mənəviyyət anlayışları arasında...

ain.az bildirir, Bakivaxti saytına əsaslanaraq.

"Hüquq dili semantika baxımından çox geniş dildir. Bu təsadüfi deyil. Mənəviyyət, əxlaq və milli dəyərlər anlayışları hüquq terminologiyasında yaxın anlayışlar kimi göstərilsə də, sinonim deyillər".

Bakıvaxtı.az xəbər verir ki, bu sözləri Milli Məclisin bugünkü plenar iclasında parlament üzvü Erkin Qədirli deyib.

Onun sözlərinə görə, əxlaqla mənəviyyat arasında ziddiyyətlər var. Əxlaq regional ola bilər, dini və etnik qruplara bağlıdır. Hansısa davranış bir bölgədə əxlaqazidd sayılsa da, digər regionda əksi qəbul edilə bilər:

"İctimai mənəviyyat bütün toplumun qəbul etdiyi qaydaları əhatə edir, əxlaq isə məhəlli qruplara aiddir. Milli-mənəvi dəyərlər isə davranış qaydaları deyil; adı üstündədir, bu, dəyərdir".

Deputat vurğulayıb ki, pozucu davranışların da fərqi var. Təhqir, hörmətsizlik və ziddiyyət anlayışları mövcuddur. Açıqca hörmətsizlik inzibati məsuliyyət doğurur.

Əli Hüseynov

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
49
bakivaxti.az

1Sources