"Əfsuslar olsun ki, abidələrin ətrafında mühafizə zonaları yoxdur".
Redaktor.az xəbər verir ki, bunu deputat Gülşən Paşayeva Milli Məclisdə müzakirələr zamanı bildirdi.
"İnsanları cəzalandırmaq üçün əvvəlcə biz əmin olmalıyıq ki, bu abidələr müvafiq olaraq hansısa mühafizə zonalarındadır. Ora heç kim yaxınlaşıb onları dağıda bilməz, çünki əgər biz belə bir zonalar orada olmayanda istənilən insan heç özü də başa düşməyə bilər ki, bu kurqandır. Hesab eləyər ki, üç-dörd dənə daş birlikdə birləşib və orada onu məhv də eləyə bilər, onu heç kim də görməyə bilər.
Ona görə bu baxımdan mənə elə gəlir ki, bu qanunda biz eləcə də bax bu faktı qeyd etməliyik ki, məhz abidələrin müvafiq olaraq mühafizə zonaları olsun", - deyə o, müvafiq qanuna düzəliş təklifi verdi.
Aminə ŞAHSUVARQIZI