EN

Həbsxanada DİRƏNİŞ, alovlanan yuvanın dözülməz parıltısı DANIŞAN 10 FOTO

Lent az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Bəzən sussan da görüntün səni ələ verir. Bəzən də bir dəhşəti anlatmaq üçün roman yazmağa ehtiyac qalmır, bir dənə foto sənə faciəni detallı izah edir.

Lent.az-ın əməkdaşı son günlərdə dünyanın diqqətini özünə cəlb edən 10 hadisənin fotosunu sizə təqdim edir:

Bu foto Salvadorda ən təhlükəli cinayətkarların saxlanıldığı mega-həbsxanada çəkilib.

Şəkildə hökumətin bandalara qarşı sərt əməliyyatları çərçivəsində saxlanılan və kütləvi şəkildə həbs olunan cinayətkar dəstə üzvləri görünür. Bu tədbirlər Prezident Nayib Bukelenin ölkədə təhlükəsizliyi bərpa etmək siyasətinin bir hissəsidir. Lakin fotodan da göründüyü kimi, dəstə üzvləri dirəniş nümayiş etdirir.

Bu foto Sudanın Darfur bölgəsində, Zamzam qaçqın düşərgəsi ərazisində çəkilib. Görüntü ölkədə davam edən silahlı qarşıdurmalar səbəbindən evlərini tərk edən mülki əhalinin köçünü əks etdirir. Fotoda evlərini tərk etməyə məcbur qalan bir ailə və digər mülki şəxslər görünür. İnsanlar azsaylı əşyaları ilə birlikdə çətin və təhlükəli şəraitdə köç edərək yaşamaq uğrunda mübarizə aparırlar.

Bu foto Ukraynada çəkilib. Görüntüdə Rusiya tərəfindən endirilmiş raket zərbəsindən sonra yaşayış binasının dağıntıları altında aparılan xilasetmə işləri əks olunur, xilasedicilər dağıntılar arasından həlak olanların cəsədlərini çıxarırlar.

Növbəti foto ABŞ-da, Vaşinqtonda – Ağ Evdə, Oval kabinetdə çəkilib. Şəkildə ABŞ prezidenti Donald Tramp ilə Ukrayna prezidenti Volodimir Zelenski arasında keçirilən rəsmi görüş əks olunur. Görüş zamanı Ukraynadakı müharibə, hərbi və siyasi dəstək məsələləri müzakirə edilib.

Bu foto İordan çayının qərb sahilində, Fələstinin Cenin (Jenin) şəhərində çəkilib. Görüntüdə İsrail təhlükəsizlik qüvvələri ilə fələstinlilər arasında baş verən qarşıdurma zamanı yaranmış partlayış və yanğın əks olunur, toqquşmalar zamanı partlayıcı maddələr və yanan barrikadalar səbəbindən güclü alov və tüstü qalxıb.

 

Qarşınızdakı bu foto Qəzza zolağında, Aralıq dənizi sahili boyunca çəkilib. Şəkildə İsrailin hərbi əməliyyatları fonunda minlərlə fələstinlinin təhlükəsiz bölgələrə doğru kütləvi şəkildə köç etməsi əks olunur. Mülki əhali bombardman və döyüşlər səbəbindən evlərini tərk etməyə məcbur qalıb.

Bu foto ABŞ-da, Kaliforniya ştatında çəkilib. Şəkildə meşə yanğınlarının yaşayış məntəqələrinə yayılması nəticəsində bir evin alov içində qalması görünür. Güclü külək və quraqlıq səbəbindən yanğın sürətlə genişlənib və fövqəladə vəziyyət yaranıb.

Bu foto Livanın paytaxtı Beyrutda çəkilib. Şəkildə “Hizbullah” hərəkatına aid döyüşçülərin və ya yüksək rütbəli üzvlərin cənazə mərasimi əks olunur. Tabutlar sarı bayraqlarla örtülüb və minlərlə tərəfdar, silahlı insanların müşayiəti ilə izdihamlı dəfn mərasimi keçirir.

Bu foto Konqo Demokratik Respublikasında, Şimali Kivu vilayətində – Goma şəhəri ətrafında, Kivu gölü sahilində çəkilib. Şəkildə silahlı toqquşmalar və təhlükəsizlik böhranı səbəbindən evlərini tərk edən mülki əhalinin qayıqlarla və sahil yolu ilə köçü əks olunur. Ailələr, o cümlədən uşaqlar, daha təhlükəsiz bölgələrə keçməyə çalışırlar.

Bu foto Qəzza zolağında çəkilib. Şəkildə İsrailin hərbi hücumları nəticəsində geniş miqyaslı dağıntılar fonunda mülki insanların gündəlik həyatı davam etdirməyə çalışması görünür. Ailə üzvləri dağıdılmış binaların arasında oddan istifadə edərək yemək hazırlayır və sağ qalmaq üçün mübarizə aparırlar.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
49
lent.az

1Sources