EN

Manisa Azərbaycan Mədəniyyət və Həmrəylik Dərnəyinin sədri Şəntürk Xoşgüldən

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident.

Doğum gününüz münasibətilə Manisa Azərbaycan Mədəniyyət və Həmrəylik Dərnəyi adından ən səmimi təbriklərimizi qəbul etməyinizi xahiş edirik.

Azərbaycan dövlətçiliyinin möhkəmlənməsi, ölkənin daha sürətli inkişafı, dünyada nüfuzunun artması istiqamətində apardığınız qətiyyətli siyasət bütün dünya azərbaycanlıları tərəfindən qürurla izlənilir.

Bu il biz Sizin müdrik rəhbərliyiniz və Ali Baş Komandanlığınızla qazanılan, uzun illər həsrətlə gözlənilən, tarixi ədalətin bərpasını təmin edən möhtəşəm Zəfərin beşinci ildönümünü böyük iftixar hissi ilə qeyd etdik. Zəfər Günü təkcə Azərbaycanın deyil, bütün Türk dünyasının qürur günüdür.

Cənab Prezident, fürsətdən istifadə edərək Sizi hər bir azərbaycanlını bir amal, bir bayraq və bir ideya ətrafında birləşdirən 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə də təbrik edirik. Dünyanın müxtəlif ölkələrində yaşayan milyonlarla azərbaycanlı bu birliyi dövlətə sədaqət, milli-mənəvi dəyərlərə bağlılıq və Vətən eşqi ilə qorumağa davam edir.

Sizə möhkəm cansağlığı, uzun ömür, Azərbaycan Respublikasına davamlı inkişaf və əmin-amanlıq arzu edirik.

Dərin hörmətlə,

 

Şəntürk Xoşgül

Manisa Azərbaycan Mədəniyyət və Həmrəylik Dərnəyinin sədri

Chosen
17
3
xalqqazeti.az

4Sources