AZ

İzmir Azərbaycan Mədəniyyət və Həmrəylik Dərnəyinin sədri Əşrəf Tunadan  

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident.

Doğum gününüz münasibətilə ən səmimi təbriklərimizi qəbul etməyinizi xahiş edirik. Azərbaycan dövlətçiliyinin möhkəmlənməsi, ölkənin daha sürətli inkişafı, dünyada nüfuzunun daha da artması istiqamətində apardığınız qətiyyətli siyasət bütün dünya azərbaycanlıları tərəfindən qürurla izlənilir.

Bu il biz Sizin müdrik rəhbərliyiniz və Ali Baş Komandanlığınızla qazanılan, uzun illər həsrətlə gözlənilən, tarixi ədalətin bərpasını təmin edən möhtəşəm Zəfərin beşinci ildönümünü böyük iftixar hissi ilə qeyd etdik. Zəfər Günü təkcə Azərbaycanın deyil, bütün Türk dünyasının qürur günüdür.

Cənab Prezident, icazə verin Sizi hər bir azərbaycanlını bir amal, bir bayraq və bir ruh ətrafında birləşdirən əlamətdar gün - 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə də təbrik edək. Dünyanın müxtəlif ölkələrində yaşayan milyonlarla azərbaycanlı bu birliyi dövlətə sədaqət, milli-mənəvi dəyərlərə bağlılıq və Vətən eşqi ilə qorumağa davam edir. Azərbaycanın yanında olmaqdan, ölkənin haqq işini dəstəkləməkdən və xalqın birliyinə xidmət etməkdən qürur duyuruq.

Sizə möhkəm cansağlığı, uzun ömür, Azərbaycan Respublikasına davamlı inkişaf və əmin-amanlıq arzu edirik.

Dərin hörmətlə,

Əşrəf Tuna

İzmir Azərbaycan Mədəniyyət və Həmrəylik Dərnəyinin sədri

Seçilən
14
1
azerbaijan-news.az

2Mənbələr