EN

“Fənərbağça” Məhəmməd Salahın meneceri ilə danışıqlara başlayıb

ain.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakı, 26 dekabr, AZƏRTAC

Türkiyənin “Fənərbağça” klubu mövsümün sonunda İngiltərənin “Liverpul” komandasından ayrılacağı gözlənilən Məhəmməd Salahın transferi üçün hərəkətə keçib.

AZƏRTAC “Milliyət”ə istinadən xəbər verir ki, İstanbul təmsilçisinin misirli hücumçunun meneceri ilə bir müddətdir danışıqlar apardığı bildirilib.

Məlumata görə, Salahın “Liverpul”dan ayrılacağı rəsmiləşəcəyi təqdirdə, “Fənərbağça” rəhbərliyi futbolçunu komandaya gətirmək üçün bütün zəruri addımları atmağa hazırdır.

33 yaşlı forvardla razılıq əldə olunmasa belə, klub gələn mövsüm üçün bu səviyyədə başqa bir ulduz oyunçunu heyətinə qatmağı planlaşdırır.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
57
3
azertag.az

4Sources