EN

Təyyarə qəzasında həlak olan qusarlı bacı-qardaşın məzarları ziyarət edilib – FOTO

Qusar Rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov, RİH Aparatının məsul şəxsləri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri və digər rəsmilər Suduroba kəndində Qusar rayon sakinlərinin məzarlarını ziyarət ediblər.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, 2024-cü il dekabrın 25-də "Azərbaycan Hava Yolları" aviaşirkətinə məxsus sərnişin təyyarəsi Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğramış və faciəvi şəkildə həlak olmuş Qusar sakinləri – 2002-ci il təvəllüdlü Əli Əlimirzəyev və onun bacısı, 2005-ci il təvəllüdlü Xədicə Əlimirzəyevanın məzarları ziyarət olunub.

Qusar Rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov mərhumların ailələrinə dərin hüznlə başsağlığı verib. O bildirib ki, bu ağır itki yalnız ailə üçün deyil, bütün rayon ictimaiyyəti və xalqımız üçün böyük kədərdir.








Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

Chosen
52
bizim.media

1Sources