EN

Universitetlər təkrar qiymətləndirilib

"Cari il ərzində Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) tərəfindən 11 ali təhsil müəssisəsində (ATM) institusional akkreditasiya qiymətləndirilməsi həyata keçirilib". 

"Azərbaycan Dövlət Dəniz Akademiyası, Bakı Ali Neft Məktəbi, Bakı Qızlar Universiteti, Mingəçevir Dövlət Universiteti, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, Odlar Yurdu Universiteti, Azərbaycan Dillər Universiteti, Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası, Azərbaycan Texnologiya Universiteti, Azərbaycan Dövlət Aqrar Universitetində institusional akkreditasiya qiymətləndirilməsi təşkil edilib. Həmçinin, Gəncə Dövlət Universitetində də təkrar institusional akkreditasiya qiymətləndirilməsi həyata keçirilib".

O vurğulayıb ki, sözügedən müddət ərzində, 17 ATM-də proqram akkreditasiya qiymətləndirilməsi həyata keçirilib:

"Belə ki, “Məktəbəqədər təhsil” ixtisası üzrə 14 ATM-də - Azərbaycan Dövlət Pedaqoji Universiteti (əsas kampus və Ağcabədi, Cəlilabad, Quba, Şəki filialları), Lənkəran Dövlət Universiteti və Mingəçevir Dövlət Universiteti, Azərbaycan Dillər Universiteti, Bakı Slavyan Universiteti, Bakı Qızlar Universiteti, Naxçıvan Müəllimlər İnstitutu, Sumqayıt Dövlət Universiteti, Odlar Yurdu Universitetində proqram akkreditasiya qiymətləndirilməsi həyata keçirilib. Eyni zamanda, “İbtidai sinif müəllimliyi”  ixtisası üzrə 3 ATM-də - Naxçıvan Müəllimlər İnstitutu, Gəncə Dövlət Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı filialında təkrar proqram akkreditasiya qiymətləndirilməsi həyata keçirilib".

Chosen
25
cebheinfo.az

1Sources