EN

Firad Əliyev təltif olundu

Azərbaycan Respublikası hərbi prokurorunun böyük köməkçisi, baş ədliyyə müşaviri Firad Əliyev Medianın İnkişafı Agentliyi tərəfindən təltif olunub.

Aznews.az xəbər verir ki, o, "Azərbaycan milli mətbuatının 150 illiyi (1875-2025)" Azərbaycan Respublikasının yubiley medalı ilə mükafatlandırılıb.

Xatırladaq ki, baş ədliyyə müşaviri Firad Əliyev əvvəl Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Mətbuat Xidmətinin rəhbəri vəzifəsində çalışıb.

Bir müddət əvvəl daxili işlər nazirinin müavini, Daxili Qoşunlar Komandanı, general-leytenant Şahin Məmmədov Daxili İşlər Nazirliyinin Daxili Qoşunları ilə Hərbi Prokurorluq arasında ictimai əlaqələrin təmin edilməsində və informasiya əməkdaşlığı fəaliyyətində fərqləndiyinə görə baş ədliyyə müşaviri Firad Əliyevi "Daxili Qoşunlar Fərmanı" ilə təltif edib.

Chosen
18
7
aznews.az

10Sources