Bu ilin yanvar-noyabr aylarında Azərbaycanın Avstriya ilə ticarət dövriyyəsinin ümumi həcmi 2024-cü ilin eyni dövrünə nisbətdə 67 faiz artaraq 219,4 milyon dolları üstələyib.
İxrac – idxal:
Azərbaycandan Avstriyaya ixrac: 89,45 milyon dollar (+76,6 faiz)
Avstriyadan Azərbaycana idxal: 129,96 milyon dollar (+61 faiz)
Cari ilin 11 ayının nəticələrinə görə, ölkənin ümumi ticarət dövriyyəsində Avstriya ilə ticarətin payı 0,49 faiz təşkil edib.
Mənbə: Dövlət Gömrük Komitəsi