EN

Çin ticarət gəmisini silahlandırdı

Redaktor.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Çinə məxsus bir konteyner gəmisi raket platformasına çevrilib.

Redaktor.az xəbər verir ki, bu barədə "TWZ" nəşri məlumat yayıb.

Yayılan fotolarda konteyner gəmisinin üzərində raketlərin buraxılması üçün xüsusi şaquli qurğuların quraşdırıldığı görünür.

Mütəxəssislərin hesablamalarına görə, gəmidə ümumilikdə 60 raket üçün hücrə mövcuddur.

Bu göstərici ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus “Arli Berk” tipli esmineslərin raket tutumunun təxminən üçdə ikisinə bərabərdir.

Nəşrin yazdığına görə, Çin bu addımla göstərmək istəyir ki, böyük ticarət donanmasına malik olan ölkə lazım gəldikdə mülki gəmiləri də silahlı hərbi platformalara çevirə bilər. Bu isə Pekinin dənizdəki hərbi imkanlarını daha da genişləndirdiyini göstərir.

Aytəkin TOFİQQIZI

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
51
1
redaktor.az

2Sources