EN

“BDU könüllüləri” təşkilatının fəal üzvləri təltif olunublar

Azertag saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Bakı, 26 dekabr, AZƏRTAC

Azərbaycan Könüllülərinin VIII Həmrəylik Forumunda “BDU könüllüləri” təşkilatının sədr müavini Nurqələm Hüseynov və ictimaiyyətlə əlaqələr üzrə menecer Səriyyə Orucova “İlin könüllüsü” adına layiq görülüb.

BDU-dan AZƏRTAC-a bildirilib ki, “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş forum “Azərbaycan Könüllülük Həftəsi 2025” çərçivəsində keçirilib və ölkəmizdə fəaliyyət göstərən 3500 mindən çox könüllünü bir araya toplayıb.

“Azərbaycan Könüllülük Həftəsi 2025” çərçivəsində Azərbaycan Könüllü Təşkilatları İttifaqının (AKTİ) yaradılmasının 5 illiyi münasibətilə keçirilən “Birlikdə 5 il” Könüllülər Festivalında isə "BDU könüllüləri" təşkilatının könüllülərlə iş üzrə meneceri Röyal Yusifli, Sosial elmlər və psixologiya fakültəsi üzrə sədri Fidan Cəlilova və Tarix fakültəsi üzrə sədri Vüsal Qaflanov 2025-ci il üzrə “Fəal könüllülər” nominasiyası üzrə diplomla təltif olunublar.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
70
azertag.az

1Sources