EN

Abşeronda pirotexniki vasitələr satanlar saxlanıldı

Abşeron rayonunda pirotexniki vasitələr satan iki nəfər saxlanılıb.
 
 Abşeron Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən pirotexniki vasitələrin satışına qarşı profilaktik tədbir həyata keçirilib.
 
Tədbir zamanı pirotexniki vasitələrin satışı ilə məşğul olan iki nəfər müəyyən olunaraq saxlanılıb.

Onlardan müxtəlif növ yüksək səs və işıq effekti yaradan pirotexniki vasitələr aşkarlanıb.
 
 

Chosen
38
17
7news.az

10Sources