Operativ MM portalından alınan məlumata görə, ain.az xəbər verir.
Gədəbəydə yol-nəqliyyat hadisəsi baş verib.
"Operativ Məlumat Mərkəzi-OMM"-in məlumatına görə, hadisə rayon ərazisində qeydə alınıb.
Belə ki, hərəkətdə olan "Mersedec" ilə "VAZ 2107" markalı minik maşınları toqquşub. Qəzaya səbəb isə yolun buz bağlaması olub.
Qəza zamanı 1957-ci il təvəllüdlü Q.Zayısev və 1993-cü il təvəllüdlü N.Ələsov xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Hadisə yerinə polis əməkdaşları cəlb edilib. Faktla bağlı araşdırma aparılır.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.