2025-ci ildə Suriyaya 200 ton, Ukraynaya 44 milyon dollardan çox dəyərdə humanitar yardım göndərilib.
Modern.az xəbər verir ki, bu sözləri xarici işlər naziri Ceyhun Bayramov XİN-də ilin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.
Nazir həmçinin bildirib ki, regiona investisiyaların cəlb edilməsi üçün Azərbaycan xarici ölkələrlə müvafiq təmaslar aparıb: “Ölkəmiz enerji və iqtisadi layihələrin icrasında təşəbbüslər irəli sürüb və əməli addımlar atıb”.