EN

Gədəbəydə iki avtomobil toqquşub: Xəsarət alanlar var

Gədəbəydə yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayon ərazisində qeydə alınıb.

Belə ki, hərəkətdə olan "Mersedec" ilə "VAZ 2107" markalı minik maşınları toqquşub. Qəzaya səbəb isə yolun buz bağlaması olub.

Qəza zamanı 1957-ci il təvəllüdlü Q.Zayısev və 1993-cü il təvəllüdlü N.Ələsov xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Hadisə yerinə polis əməkdaşları cəlb edilib. Faktla bağlı araşdırma aparılır.

"Cebheinfo.az"

Chosen
17
6
cebheinfo.az

7Sources