futbolpress-az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
Türkiyə futbolunda mərc işi bağlı araşdırmalar davam edir.
Futbolpress.az xəbər verir ki, ötən il Super Liqada keçirilən “Kasımpaşa” – “Samsunspor” oyunu ilə bağlı iş açılıb.
Belə ki, matçın nəticəsinin manipulyasiya edildiyi ittihamları var.
Oyunun ilk hissəsində meydan sahibləri 1:0 hesabıyla öndə olsa da, yekunda qonaqlar 4:1 hesablı qələbə qazanıb. Şübhəli məqam isə “Samsunspor”un ilk hissədə iki penaltini qaçırması, fasilədən sonra dörd qol vurmaqla geridönüş etməisidir.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.