EN

XİN rəhbəri: Bu gün 14 ölkənin enerji təhlükəsizliyində payımız var

"Cənub Qaz Dəhlizi Azərbaycanın bir çox ölkənin enerji təhlükəsizliyinə töhfəsini artırıb".

APA xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilin yekunlarına dair keçirilən mətbuat konfransında deyib.

“2021-ci ilə kimi ölkəmiz sadəcə Gürcüstan və Türkiyənin enerji təhlükəsizliyində rola malik idi, bu gün isə artıq 14 ölkənin enerji təhlükəsizliyində payımız var. 2025-ci ildə Azərbaycanın BƏƏ, İsrail, Türkiyə, Özbəkistan və digər ölkələrdə investisiyasının sayı və həcmində ciddi dəyişiklik müşahidə olunub. Bu, ölkəmizin enerji və iqtisadi diplomatiyasında yeni çalarlar əmələ gətirir”.

Chosen
37
4
apa.az

5Sources