EN

“Rus evi” uzun müddət ərzində Azərbaycanda qeydiyyatı olmadan fəaliyyət göstərib - Ceyhun Bayramov

Bakı. Trend:

“Rus evi” uzun müddət ərzində Azərbaycanda heç bir qeydiyyatıolmadan fəaliyyət göstərib.

Trend xəbərverir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov 2025-ci ilinyekunlarına həsr edilən mətbuat konfransında deyib.

Nazir bildirib ki, 2025-ci ilin fevralının əvvəlində bununlabağlı xəbərdarlıq edilib.

"Daha sonra “Rus evi”nin bağlanmasına dair qərar verildi və icraolundu. Bu məsələlərdə hər bir ölkənin daxili qanunvericiliyinəhörmət vacibdir. Ən son təmaslar bir neçə həftə əvvəl olub. Rusiyatərəfindən ləğvetmə ilə bağlı yarımçıq qalan məsələlər var idi.Moskvadan ləğvedicilər təyin edilmişdilər. Onlar Azərbaycanagəlmişdilər. Xarici İşlər Nazirliyi tərəfindən dəstək verildi.Orada hər hansı yarımçıq məsəsələr qalmadı və bununla qurumunfəaliyyəti tam başa çatdırıldı", - deyə nazir qeyd edib.

Chosen
48
12
az.trend.az

10Sources