"Rus Evi"nin ləğvi başa çatıb
“Rus evi” uzun müddət ərzində Azərbaycanda heç bir qeydiyyatı olmadan fəaliyyət göstərib.
aia.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilin yekunlarına dair keçirilən mətbuat konfransında deyib.
"Daha sonra “Rus evi”nin bağlanmasına dair qərar verildi və icra olundu. Bu məsələlərdə hər bir ölkənin daxili qanunvericiliyinə hörmət vacibdir. Ən son təmaslar bir neçə həftə əvvəl olub. Rusiya tərəfindən ləğvetmə ilə bağlı yarımçıq qalan məsələlər var idi. Moskvadan ləğvedicilər təyin edilmişdilər. Onlar Azərbaycana gəlmişdilər. Xarici İşlər Nazirliyi tərəfindən dəstək verildi. Orada hər hansı yarımçıq məsəsələr qalmadı və bununla qurumun fəaliyyəti tam başa çatdırıldı", - deyə nazir bildirib.
aia.az