EN

Azərbaycan XİN: Bu gün Cənubi Qafqazda tamamilə yeni geosiyasi və iqtisadi mühit formalaşıb  

2026-cı ildə Azərbaycanın xarici siyasət prioritetləri Prezident İlham Əliyevin siyasi təşəbbüsləri əsasında ikitərəfli və çoxtərəfli formatlarda ardıcıl şəkildə davam etdiriləcək.

AZƏRTAC xəbər verir ki, bu sözləri xarici işlər naziri Ceyhun Bayramov 2025-ci ilin yekunlarına həsr olunan mətbuat konfransında söyləyib.

O bildirib ki, bir neçə il əvvəl Gürcüstan ərazisindən Ermənistana nəqliyyat əlaqələrinin mümkünlüyü düşünülməzdi. Bu gün isə Cənubi Qafqazda tamamilə yeni geosiyasi və iqtisadi mühit formalaşıb və 2026-cı ildə bu proseslərin davamı gözlənilir.

Chosen
52
2
azerbaijan-news.az

3Sources