EN

Azərbaycan sülhü sözlə yox, real addımlarla qurur - Azər Qarayev

Bakı. Trend:

Cənubi Qafqazda uzun illər davam edən münaqişə, qarşıdurma vəetimadsızlıq regionun inkişaf potensialını ciddi şəkildəməhdudlaşdırıb. Lakin son dövrlər müşahidə olunan proseslərgöstərir ki, Azərbaycan regional sabitliyin və davamlı sülhün təminolunması üçün ardıcıl və praqmatik addımlar atır. Bu addımlaryalnız siyasi bəyanatlarla deyil, konkret humanitar və iqtisaditəşəbbüslərlə də özünü göstərir. Azərbaycan sülhü sözlə yox, realaddımlarla qurur.

Bunu Trend-əpolitoloq Azər Qarayev deyib.

"Son vaxtlar diqqət çəkən mühüm məqamlardan biri Azərbaycanın özərazisi vasitəsilə Rusiyadan və Qazaxıstandan Ermənistana taxılməhsullarının tranzitinə şərait yaratmasıdır. Artıq Rusiyadan iki,Qazaxıstandan isə bir taxıl partiyası Azərbaycan ərazisindəntranzitlə keçərək Ermənistana çatdırılıb. Bu fakt təkcə iqtisadideyil, eyni zamanda siyasi və humanitar baxımdan da əhəmiyyətlidir.Azərbaycanın bu addımı regionda kommunikasiya xətlərinin açılmasınavə qarşılıqlı faydanın qazanılmasına xidmət edir. Bakı dəfələrləbəyan edib ki, nəqliyyat və ticarət yollarının açılması yalnız birölkənin deyil, bütün regionun maraqlarına cavab verir. Taxıl kimistrateji məhsulun maneəsiz tranziti isə bu mövqenin praktiktəsdiqidir", - o bildirib.

A.Qarayev qeyd edib ki, bununla yanaşı, daha bir diqqətçəkənməqam Azərbaycanın Ermənistana benzin tədarükünə başlamasıdır.

"Enerji resursları sahəsində əməkdaşlıq xüsusilə həssas vəstrateji sahə hesab olunur. Belə bir şəraitdə Azərbaycan tərəfindənErmənistana yanacaq ixracının həyata keçirilməsi Bakınınkonfrontasiyadan deyil, əməkdaşlıqdan yana olduğunu açıq şəkildəgöstərir. Bu addımların fonunda bir məsələ xüsusilə vurğulanmalıdırki, Azərbaycan bütün bu təşəbbüsləri birtərəfli qaydada, yəni qarşıtərəfdən eyni səviyyədə siyasi iradə və ya konstruktiv yanaşmagörmədən həyata keçirir. Bakı üçün əsas prioritet uzunmüddətlisülh, regional sabitlik və iqtisadi inteqrasiyadır", - obildirib.

Politoloq vurğulayıb ki, Prezident İlham Əliyev son illərdədəfələrlə bəyan edib ki, Cənubi Qafqazda yeni reallıqlar formalaşıbvə bu reallıqlar əməkdaşlıq, qarşılıqlı hörmət və beynəlxalq hüquqprinsiplərinə əsaslanmalıdır.

"Azərbaycan müharibədən sonra bərpa və inteqrasiyaya üstünlükverib. İşğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı quruculuqişləri aparılır, eyni zamanda regionun gələcək iqtisadi xəritəsiformalaşdırılır. Təəssüf ki, bütün bu konstruktiv yanaşmalarabaxmayaraq, Ermənistanda hələ də revanşist çağırışlar, aqressivritorika və keçmişin xülyaları ilə yaşayan siyasi dairələrmövcuddur. Bu cür çağırışlar nə Ermənistan cəmiyyətinə, nə dəregionun gələcəyinə xidmət edir. Əksinə, onlar Ermənistanın özünüregional layihələrdən kənarda qoyur və iqtisadi təcridi daha dadərinləşdirir", - o bildirib.

Onun sözlərinə görə, Azərbaycanın Ermənistana taxıl tranzitinəicazə verməsi və benzin tədarükü göstərir ki, Bakı üçün əsas meyardüşmənçilik deyil, rasional yanaşmadır. Bu addımlar Ermənistanəhalisinin sosial-iqtisadi vəziyyətinə birbaşa müsbət təsirgöstərir.

"Amma bəzi dairələr, həmçinin Avropadakı müəyyən qüvvələr bütünbu proseslərə dəstək vermək əvəzinə, qarşısını almağa çalışırlar.Məsələn, Avropa Parlamentinin Azərbaycana qarşı qəbul etdiyi sonqətnamə, eləcə də Aİ-Ermənistan Strateji Gündəliyi açıq şəkildəgöstərir ki, Brüssel regionda neytral vasitəçi rolundan uzaqlaşaraqbirtərəfli siyasi mövqe sərgiləyir. Qətnamə və saziş mətnlərindəistifadə olunan terminologiya, faktların təhrif edilməsi vəselektiv yanaşma sülhə deyil, Ermənistanın siyasi narrativininlegitimləşdirilməsinə xidmət edir", - o bildirib.

A.Qarayev qeyd edib ki, sənədlərdə Qarabağdan guya "zorlaköçürülmüş" ermənilərdən, eləcə də "əsirlərin azad edilməsi"tələblərindən bəhs olunur.

"Halbuki beynəlxalq qurumların, o cümlədən Beynəlxalq Qızıl XaçKomitəsinin məlumatlarına əsasən, həmin şəxslər bölgəni könüllüşəkildə tərk ediblər və bu, Azərbaycanın reinteqrasiyatəkliflərindən imtinadan sonra baş verib. Eyni zamanda, müharibədənsonra saxlanılan şəxslərin "əsir" kimi təqdim olunması hüquqireallıqla uyğunlaşmır: onlar hərbi əsir deyil, Azərbaycanməhkəmələri tərəfindən konkret cinayətlərə görə məsuliyyətə cəlbolunmuş şəxslərdir. Bu cür yanaşma həm beynəlxalq hüququn, həm dəpostmünaqişə dövrünün reallıqlarının bilərəkdən təhrifedilməsidir.

Daha narahatedici məqam ondan ibarətdir ki, Avropa sənədləriAzərbaycanın ərazi bütövlüyünü və 2020-ci ildən sonra formalaşmışyeni reallıqları faktiki olaraq nəzərə almır, əvəzində Ermənistanınqeyri-konstruktiv mövqeyinə siyasi bəhanələr yaradır. EUMA müşahidəmissiyasının rolunun genişləndirilməsi, Ermənistanın regionalöhdəliklərinə göz yumulması və balanssız siyasi dəstək regiondasülh prosesini zəiflədən amillərə çevrilir. Bu fonda Azərbaycanıntaxıl tranziti, yanacaq tədarükü və kommunikasiya xətlərininaçılması ilə bağlı təşəbbüsləri bir daha göstərir ki, real sülhübəyanatlar yox, konkret və məsuliyyətli addımlar formalaşdırır", -o bildirib.

Politoloq hesab edir ki, Azərbaycanın bütün atdığı addımlarölkənin humanitar məsuliyyətini və regional liderliyini nümayişetdirir.

"Qeyd etmək lazımdır ki, bu təşəbbüslər təkcə ikitərəflimünasibətlər kontekstində deyil, daha geniş geosiyasi çərçivədə dəmühüm əhəmiyyət daşıyır. Azərbaycan bu gün Şərq-Qərb və Şimal-Cənubnəqliyyat dəhlizlərinin əsas qovşaqlarından biridir. Bu statusBakıya həm imkanlar yaradır, həm də məsuliyyət yükləyir. Azərbaycanbu məsuliyyəti anlayaraq tranzit ölkə kimi etibarlı tərəfdaşolduğunu bir daha sübut edir. Bütün bunların fonunda sual yaranır:sülhə aparan real addımlar kim tərəfindən atılır? Faktlar açıqşəkildə göstərir ki, Azərbaycan ritorika ilə deyil, əməlifəaliyyətlə sülh gündəliyini irəli aparır. Taxıl tranziti, yanacaqtədarükü, kommunikasiya xətlərinin açılması ilə bağlı təkliflər -bunların hamısı Bakının strateji baxışının tərkib hissəsidir.Ermənistan isə seçim qarşısındadır: ya revanşist illüziyalarlakeçmişə bağlanmaq, ya da regionda formalaşan yeni reallıqları qəbuledərək əməkdaşlıq yolunu tutmaq. Tarix göstərir ki, ikinci yol həmdaha rasional, həm də daha perspektivlidir", - o bildirib.

A.Qarayev qeyd edib ki, nəticə etibarilə, Azərbaycanın atdığı buaddımlar sülhün alternativsiz olduğunu bir daha sübut edir.

"Bakı açıq şəkildə göstərir ki, sülh yalnız sənədlərdə deyil,real iqtisadi və humanitar əməkdaşlıqda formalaşır. Regionungələcəyi də məhz bu yanaşmadan asılıdır. Azərbaycan bu gələcəyinqurulmasında aparıcı rol oynamağa hazırdır və artıq bunu konkretaddımlarla nümayiş etdirir", - politoloq əlavə edib.

Chosen
57
1
az.trend.az

2Sources