EN

Koxalski “Qarabağ”dan gedir – Qurbanov yola gətirə bilmədi

“Qarabağ”ın qapıçısı Mateuş Koxalski bir sıra Avropa klublarından təkliflər alıb. 

SAVASHMEDİA.az xəbər verir ki, polyak qapıçı cəlbedici transfer təklifləri ilə bağlı “Qarabağ” rəhbərliyi, eləcə də baş məşqçi Qurban Qurbanovla söhbət edib. Hazırkı heyəti qoruyub-saxlamağa çalışan Qurban Qurbanov Koxalski ilə söhbətində onu getməməyə inandırmağa çalışıb.

Mənbənin sözlərinə görə, Qurbanova “getməyəcəyəm” vədini versə də, Koxalski təklif aldığı klublarla təmaslarını da kəsməyib. Xatırladaq ki, 2024-cü il avqust ayında Ağdam klubu ilə anlaşan 25 yaşlı qolkiperin “Qarabağ”la 2027-ci il iyunun 30-na qədər müqaviləsi var.

Səlcuq

Chosen
48
millitv.net

1Sources