Kamerun millisinin hücumçusu Vensan Abubakar son günlərdə Braziliyanın “Vasko da Qama” klubuna təklif olunub.

Offsideplus.az xəbər verir ki, klub rəhbərliyi hazırda bu transfer məsələsini qiymətləndirir və danışıqlara davam edib-etməmək barədə hələlik yekun qərar verməyib.

Hazırda 33 yaşlı forvard Azərbaycan Premyer Liqasında “Neftçi”nin formasını geyinir və klubla müqaviləsi iyun ayında başa çatır.

Abubakar Braziliya futbolunda çıxış etməyə müsbət yanaşır, lakin bunun üçün stabil və oturuşmuş layihə olmasını vacib sayır.

Qeyd edək ki, Vensan Abubakar Kamerun millisinin heyətində 2022-ci il dünya çempionatında da iştirak edib və qrup mərhələsində Braziliyaya qarşı oyunda vurduğu qol sayəsində komandasına 1:0 hesablı qələbə qazandırmışdı.