EN

Bayramlarla əlaqədar Bakı metropolitenində iş saatı uzadılacaq

Bakı. Trend:

AZCON Holding şirkətlərindən olan “Bakı Metropoliteni” QSC DünyaAzərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətiləiş saatlarında dəyişiklik edəcək.

Trend xəbər verir ki, bu barədə "BakıMetropoliteni" QSC məlumat yayıb.

Bildirilib ki, paytaxtda keçirilən mədəni-kütləvi tədbirlər vəBakı Metropoliteninin əməliyyat planına uyğun olaraq, stansiyalargücləndirilmiş iş rejimində çalışacaq.

Dekabrın 31-dən yanvarın 1-nə keçən gecə bütün stansiyalar saat02:00-a qədər sərnişinlərin girişinə açıq olacaq.

Həmçinin, bayram günlərində metropolitendə gücləndirilmiş işqrafiki tətbiq ediləcək. Xüsusilə şəhər mərkəzində mədəni-kütləvitədbirlərin keçirildiyi məkanlara yaxın yerləşən “İçərişəhər”,“Sahil” və “28 May” stansiyalarında növbətçilik cədvəli əsasındanəzarət mexanizmləri artırılacaq.

Ümumilikdə isə dekabrın 31-dən yanvarın 3-nə qədər qatarlarınhərəkəti xüsusi qrafiklə tənzimlənəcək.

Xəttə buraxılması üçün ehtiyat qatarlar hazır vəziyyətdəsaxlanılacaq.

Qeyd edək ki, “Bakmil” stansiyasiyası üzrə qatarların hərəkəti31 dekabr-3 yanvar tarixlərində şənbə, yanvarın 4-də isə bazargününün qrafiki əsasında tənzimlənəcək.

Sərnişinlərdən metropolitendən düzgün istifadə, təhlükəsizlik, ocümlədən sanitariya-gigiyena qaydalarına riayət etmələri xahişolunur.

Məqalədə:
Chosen
63
37
az.trend.az

10Sources