EN

Nazir: Azərbaycan və Gürcüstan arasında münasibətlər yüksək səviyyədədir 

Gürcüstan tərəfindən təklif edilən tariflərin kifayət qədər yüksək olduğu müşahidə edilib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov 2025-ci ilin yekunlarına dair hesabatı təqdim edərkən danışıb.

Nazirin sözlərinə görə, Azərbaycan tərəfi bu tariflərin mövcud nəqliyyat və bazar şərtlərinə uyğun olmadığını diqqətə çatdırıb. Qısa müddət ərzində Gürcüstan rəhbərliyi məsələni nəzərdən keçirib və operativ müdaxilə nəticəsində vəziyyət tamamilə dəyişib:

“Nəticədə tariflər şəffaflıq prinsipi əsasında, bazar və praktiki şərtlərə uyğun şəkildə şirkətlər arasında razılaşdırılıb və müvafiq müqavilə əldə olunub. Bu məsələyə göstərilən həssas və konstruktiv yanaşmaya görə təşəkkür edirik”.

Ceyhun Bayramovun sözlərinə görə, bu proses bir daha sübut edir ki, Azərbaycan və Gürcüstan arasında münasibətlər yüksək səviyyədədir və iki dost, qonşu ölkə arasında əməkdaşlıq etibarlı və çevik mexanizmlər üzərində qurulub.

Zeynəb Rzayeva

Chosen
17
1
bakivaxti.az

2Sources