“Real” İtaliyanın “Komo” klubunda çıxış edən mərkəz müdafiəçisi Yakobo Ramonu geri qaytarmaq niyyətindədir.
İdmanxeber.az-ın məlumatına görə,A Seriyadakı ilk mövsümündə stabil çıxışı ilə seçilən 20 yaşlı futbolçu Madrid klubunun diqqətini çəkib.
“Kral klubu” futbolçu üçün “Komo”ya ilkin olaraq 8 milyon avro təklif etməyi planlaşdırır.
Bu yay “Real”dan “Komo”ya keçən Yakobo Ramon cari mövsümdə 14 oyunda 1 qol vurub.