EN

Gürcüstan tarif məsələsini həll etdi, Ermənistan üçün neft məhsulları tranziti davam edəcək - Nazir

BAKI,TurkicWorld

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilin yekunlarına dair mətbuat konfransında bildirib ki, Ermənistan tərəfindən neft məhsullarının satışı ilə bağlı sorğu daxil olub və daşınma Gürcüstan üzərindən həyata keçiriləcək.

Nazir qeyd edib ki, bu məsələ ilə bağlı Azerpress Media Agentliyinin sualına cavab olaraq Gürcüstan tərəfindən tətbiq edilən ilkin tarif həqiqətən yüksək olub:

“Bu, Azərbaycanda suallar yaratdı, çünki mövcud praktikaya uyğun deyildi. Qısa müddət ərzində Gürcüstan rəhbərliyi məsələyə müdaxilə etdi və məsələ öz həllini tapdı. Tam bazar şərtlərinə uyğun tarif şirkətlər arasında razılaşdırılıb. Fürsətdən istifadə edərək Gürcüstan rəhbərliyinə təşəkkür edirəm. Bu onu göstərir ki, Azərbaycan-Gürcüstan münasibətləri dost münasibətləridir. Düşünürəm ki, bu məsələ həllini tapıb və yenə də o marşrutdan istifadə ediləcək,” – deyə Ceyhun Bayramov vurğulayıb.

Chosen
17
4
turkic.world

5Sources