EN

"AZAL təyyarəsinin vurulması ilə bağlı cinayət işinə xitam verilməsi ciddi sual doğurur"

BAKI, 26 dekabr. TELEQRAF

Rusiya Prezidenti Vladimir Putinin də bildirdiyi kimi, AZAL-a məxsus təyyarə Rusiya hava müdafiə sistemləri tərəfindən vurulub.

Teleqraf xəbər verir ki, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov 2025-ci ilin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.

“Bu yaxınlarda Rusiya İstintaq Komitəsi tərəfindən Azərbaycana məktub göndərilib və həmin insidentlə bağlı cinayət işinə xitam veriləcəyi bildirilib. Azərbaycan tərəfi də buna cavab məktubunu təqdim edib. Rəsmi Bakı iki ölkə lideri arasında əldə olunmuş razılaşmalara sadiq qalınmasını istəyir və bu istiqamətdə müvafiq işlərin aparılmasını gözləyir”,- o qeyd edib.

Chosen
74
teleqraf.com

1Sources